30.08.2021 13:54
546
İspaniyanın “Barselona” klubu Miralem Pyaniçi “Yuventus”a icarəyə verəcək.
"CEMPİON.AZ" xəbər verir ki, bosniya və herseqovinalı yarımmüdafiəçinin keçidi ilə bağlı ilkin razılıq əldə olunub.
Futbolçu Turin klubuna 1 illik qoşulacaq. Onun maaşının yarısını “Barselona” ödəyəcək.
Qeyd edək ki, Pyaniç ötən mövsüm 19 oyun keçirib.