cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

Mahir Emreli ən yaxşı seçildi

31.08.2021 09:35 Oxundu 501

Polşa çempionatının 6-cı turunda keçirilən "Krakov" -  "Legiya" matçının ən yaxşı futbolçusu seçilib.  

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Legia.net məlumat yayıb. Azarkeşlər arasında keçirilən sorğuda Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli 10 xaldan 5.83 bal toplayaraq matçın ən yaxşı oyunçusu seçilib. 
Qeyd edək ki, 6-cı turda keçirilən həmin qarşılaşmada Varşava təmsilçisi 1:0 hesabı ilə məğlub olub. Meydana sonradan daxil olan Mahir Emreli qol vursa da qeydə alınmayıb.