cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

İngiltərə millisində itki var

31.08.2021 11:25 Oxundu 419


İngiltərə millisi DÇ-2022-nin seçmə mərhələsinin sentyabrda keçiriləcək oyunları ərəfəsində itki ilə üzləşib.

"CEMPİON.AZ" xəbər verir ki, “Everton”un futbolçusu Dominik Kalvert-Levin heyətdən çıxarılıb.
Buna 24 yaşlı futbolçunun zədəsi səbəb olub. O, “Brayton”la Premyer Liqanın III turunun matçında xəsarət alıb.
Məşqçilər korpusu hücumçunun yerinə yığmaya heç kimi çağırmayıb. İngiltərə millisi sentyabrın 2-də Macarıstan, 5-də Andorra, 8-də Polşa ilə qarşılaşacaq.