cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

Canni De Byazi: "Kim fiziki cəhətdən çatdırmasa, əvəzlənəcək"

01.09.2021 09:23 Oxundu 479


Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.

"CEMPİON.AZ" xəbər verir ki, italiyalı mütəxəssis matçdan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabah qrupda 3-cü oyunumuza çıxacağıq. Çox vacib qarşılaşmadır. Hazırda xalımız yoxdur. Əlimizdən gələni edəcəyik. Fikirləşirəm ki, yaxşı oyun göstərəcəyik”.
65 yaşlı mütəxəssis artıq start heyəti müəyyənləşdirdiyini bildirib: "Meydana ən yaxşı və ən hazırlıqlı futbolçular çıxacaq. Az müddətdə 3 vacib görüş keçirəcəyik. Yaxşı başlamaq istəyirik".
De Byazinin sözlərinə görə, komandası ilk növbədə istəkli olmalıdır: "Bunun üzərində işləmişik. Komandamız getdikcə daha da inkişaf edir. Rəqibin heyətində xeyli sayda legioner var. Gözəl meydançada oynayacağıq. İnanıram ki, qalib gələn tərəf biz olacağıq".
Təcrübəli baş məşqçi hücum xəttində kimə şans verəcəyini açıqlamayıb: "İstərdim ki, bütün futbolçularım əllərindən gələni etsin. 5 əvəzetmə haqqımız var. Kim fiziki cəhətdən çatdırmasa, əvəzlənəcək".
De Byazi deyib ki, vaxt komandanın daha yaxşı çıxış etməsi üçün çox kömək ola bilər: "Bir gündə hər şeyi dəyişmək olmaz. Artıq daha çox inanmağa başlayırıq. Komanda meydanda xarakter göstərsə, qalib gələ bilərik. Yaxşı kollektivimiz var. Futbolçularıma inanıram".
Qeyd edək ki, sentyabrın 1-də Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.