01.09.2021 12:47
443
İngiltərənin “Mançester Yunayted” klubu Donni van de Beki heyətində saxlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, niderlandlı yarımmüdafiəçinin icarə əsasında başqa kluba keçmək istəyi baş tutmayıb.
Bununla bağlı “Everton”la aparılan danışıqlar da yarımçıq dayandırılıb. Donninin keçidinə baş məşqçi Ole-Qunnar Sulşer mane olub.
Norveçli mütəxəssis yarımmüdafiəçini saxlamağı istəyib. O, Donninin xidmətində maraqlı olduğundan belə addım atıb.