cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

"Keşlə"nin şikayəti rədd edildi

01.09.2021 15:53 Oxundu 411


"Keşlə"nin futbolçusu Şəhriyar Əliyevin 4 oyunluq cəzalanması ilə bağlı şikayəti qəbul olunmayıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə AFFA-nın Apellyasiya Tribunalının qərarları ilə əlaqədar yaydığı məlumatda bildirilib.  AFFA İntizam Komitəsinin paytaxt təmsilçisi və komandanın müdafiəçisi Şəhriyar Əliyev barədə verdiyi qərar qüvvədə saxlanılıb.
Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndərilməlidir.
Qeyd edək ki, Əliyev səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın 2-ci tur matçının 90+5-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalandırıb, klubu isə 3 200 manat məbləğində cərimələnib.