cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Qətər əmri onun PSJ-də qalmasını istəyib

02.09.2021 13:42 Oxundu 956


PSJ Madir "Real"ının Kilian Mbappe üçün göndərdiyi təklifi Qətər əmiri Hamad Əl-Taninin qərarı ilə rədd edib.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. PSJ əvvəlcə Madrid təmsilçisinin təklifini nəzərdən keçirmək istəyib. Klub gələn yay 22 yaşlı hücumçunu azad agent kimi buraxmaqdansa, bu transferdən 200 milyon avro qazanmağın daha yaxşı olduğunu düşünüb. Lakin Qətər əmiri PSJ-nin hücum xəttində Lionel Messi, Kilian Mbappe və Neymar "3-lüy"ünü görmək istəyib. Buna görə də paytaxt təmsilçisi "kral klubu"nun təklifini rədd edib.
Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin iyunu başa çatır.