02.09.2021 15:55
526
Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe zədələnib.
"CEMPİON.AZ" xarici KİV-lərə istinadən xəbər verir ki, o, DÇ-2022-nin seçmə mərhələsinin 4-cü turunda Bosniya və Herseqovina ilə matçda (1:1) zədə alıb. Baldırında ağrılar hiss edən 22 yaşlı hücumçu ikinci hissənin əvvəli əvəzlənib.
Mbappe bu gün tibbi müayinədən keçəcək və onun zədəsinin ciddi olub-olmadığı müəyyənləşəcək.
Qeyd edək ki, Fransa DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu sentyabrın 4-ü səfərdə Ukraynaya qarşı keçirəcək.