03.09.2021 09:06
476
Bakının “Neftçi” klubunun ilk prezidenti Aydın İbrahimov "Yeni klinika"da vəfat edib.
"CEMPİON.AZ" xəbər verir ki, məlumata görə, o koronavirusdan ölüb. Sərbəst güləş üzrə dünya, Avropa, SSRİ çempionu, Olimpiya oyunlarının mükafatçısı, SSRİ idman ustası və SSRİ-nin əməkdar məşqçisi olub. 83 yaşında dünyasını dəyişib.
Koronavirusa yoluxan və durumu ağırlaşan İbrahimov müalicə alıb. Lakin onun həyatını xilas etmə mümükün olmayıb. O, 1988-97-ci illərdə “Neftçi”nin prezidenti olub.
Qeyd edək ki, Aydın İbrahimovun 83 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!