04.09.2021 13:48
453
İtaliya millisinin və "Yuventus" klubunun futbolçusu Federiko Bernardeski cərimələnib.
"CEMPİON.AZ" "QuotidianoNet" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçiyə məxsus çimərlikdə qanunsuz işçilərin fəaliyyəti aşkarlanıb.
Marina-di-Karraredəki obyektdə 11 qanunsuz işçi olub. Polis həmin çimərliyin fəaliyyətini dayandırıb, Bernardeskini 40 min avro məbləğində cərimələyib.
Qeyd edək ki, Federiko Bernardeski 2017-ci ildən "Yuventus"da çıxış edir. O, bu il İtaliya millisi ilə Avropa çempionatının qalibi olub.