04.09.2021 15:46
425
İngiltərənin əfsanəvi futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasını ABŞ-da davam etdirəcək.
"CEMPİON.AZ" xəbər verir ki, 19 yaşlı futbolçu “Fort Loderdeyl”lə anlaşıb.
Gənc oyunçu yeni klubu ilə artıq münasibətləri rəsmiləşdirib və kollektivə qoşulub. Bekhem sabah III liqa çərçivəsində Floridada “Çattanooqa” ilə görüşdə debüt edə bilər.
Qeyd edək ki, Devid Bekhem MLS-də mübarizə aparan “İnter Mayami”nin sahibidir.