“Bu gün 2:1 hesablı qələbə qazansaydıq, söhbətimiz fərqli olardı”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu İrlandiya yığmasının baş məşqçisi Stefen Kenni deyib.
DÇ-2022-nin seçmə mərhələsində Dublində Azərbaycan millisi ilə qarşılaşan irlandlar 1:1 hesablı heç-heçə edib.
Oyunsonrası mətbuat konfransında Kenni bunları deyib: “Portuqaliya və Serbiya qrupda çox xal toplayıb. Yenidən mübarizəyə qoşulmaq üçün Portuqaliyanı məğlub etməli idik. Son oyunların bir çoxunu yüksək səviyyədə keçirmişik. Sadəcə, baxımlı oyunun nəticəyə də təsir göstərməsinə çalışmalıyıq. Bu gün qələbə qazana bilmədiyimiz üçün özümüzü təpikləyirik. Halbuki 3:1 və ya 4:1 hesablı qələbəyə layiq idik. Çünki çox qol şansı yaratdıq”.
O, Emin Mahmudovun qolu barədə də fikir bildirib: “Emin Mahmudovun qolu öldürücü zərbə idi. Bu top matçın gedişatını dəyişdi. Onun belə qollar vurduğunu bilirdik, həmin epizodda da önünü bağlamalı idik”.
BİZİM FUTBOL
Stefen Kenni: "Qələbə qazana bilmədiyimiz üçün özümüzü təpikləyirik"
04.09.2021 23:57
416