cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Şenol Günəş: “Cəbəllütariq adətən 45-60 dəqiqə müdafiə oluna bilir”

05.09.2021 11:39 Oxundu 436

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Cəbəllütariq Türkiyə matçından sonra Şenol Günəş oyun haqqda fikirlərini bölüşüb.
“CEMPİON.AZ” xəbər  verir ki, O bildirib ki, bu matçda xal qazanmaq vacib idi:
“Bu matçı qazanmaq vacib idi. Bəzi vaxtlar çətin oldu amma Cəbəllütariq adətən 45-60 dəqiqə müdafiə oluna bilir. Enesə görə üzüldüm. Əvvəllər belə meydanlarda çox oynayıb.
Yaxşı da penalti vura bilən futbolçudur. Penaltini vura bilmədiyi üçün oyundan qopdu. Bu qarşılaşma bizim üçün o qədər də vacib deyildi. Ancaq xal qazanmaq baxımından
önəmli idi. Bundan sonra 3 səfər oyunu keçirəcəyik. İnanıram ki, onlar da uğurlu olacaq. Qələbə qazanmaq istəyirik. Hədəfimizə çatsaq üstünlük əldə edə bilərik”.
Təcrübəli mütəxəsis Niderlandla matç haqda da danışıb:
“Futbolçular məşq edərkən narahat idilər. Süni ot örtüklü meydanda oynamaq çətin olur. Niderland millisi ilə görüş fərqli olacaq. Həm meydan başqa olacaq, həm də rəqib.
Futbolçularımın da fərqli olacaöına inanıram”.