05.09.2021 12:28
417
PSJ-nin futbolçusu Rafinya Alkantara karyerasını Türkiyədə davam etdirmək imkanı əldə edib.
"CEMPİON.AZ" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Fənərbağça”nın maraq dairəsinə düşüb.
Lakin 28 yaşlı orta sahə oyunçusu İstanbul nəhənginin təklifini rədd edib. Rafinya əsas heyətə düşməkdə çətinlik çəkməsinə baxmayaraq, PSJ-də qalmaq qərarına gəlib. Hətta fransızların onu transferə çıxarmaq qərarı da oyunçunu fikrindən daşındırmayıb.
Qeyd edək ki, Rafinya Alkantaranın PSJ ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.