05.09.2021 17:45
431
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələsinin oyununa növbəti təyinat alıb.
"CEMPİON.AZ" UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, 6-cı turun Slovakiya - Kipr matçını idarə edəcək. Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, Elçin Məsiyev isə dördüncü hakim qismində yardımçı olacaq.
Qeyd edək ki, sentyabrın 7-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.