cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Məhəmməd Salah maaşının artırılmasını tələb edir

05.09.2021 19:48 Oxundu 420


İngiltərənin “Liverpul” klubu misirli hücumçusu Məhəmməd Salahla müqaviləni uzatmaq niyyətindədir.

"CEMPİON.AZ" xəbər verir ki, afrikalı futbolçuya yeni anlaşma təklif olunub. 
Mersisaydlılar 29 yaşlı forvardla anlaşmanı 2025-ci ilədək uzatmağı planlaşdırır. Lakin Salah bunun üçün yüksək tələb irəli sürüb.
Hazırda həftəyə 200 min funt sterlinq qazanan misirli bu rəqəmin 500 minə qalxmasını tələb edir. “Liverpul” bununla razılaşsa, Məhəmməd klub tarixinin ən yüksək ödənişli futbolçusu adına yiyələnəcək.
Qeyd edək ki, cari mövsümdə Premyer Liqanın üç matçına çıxan hücumçu 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.