05.09.2021 22:46
424
Argentina millisinin sabiq üzvü Xavyer Pastore karyerasını İspaniyada davam etdirəcək.
"CEMPİON.AZ" xəbər verir ki, bir neçə gün əvvəl “Roma”dan ayrılan 32 yaşlı yarımmüdafiçi “Elçe” ilə anlaşıb.
O, La Liqa klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Pastore Avropada "Palermo" və PSJ-də də çıxış edib.