07.09.2021 17:24
427
“Yuventus” hücumçusu Alvaro Moratanın birdəfəlik transferi üçün futbolçunun özü ilə danışıq aparıb.
"CEMPİON.AZ" xəbər verir ki, Turin təmsilçisi hazırda icarə əsasında çıxış edən İspaniya millisinin üzvünü müqavilə ilə məxsus olduğu “Atletiko”dan almağı planlaşdırır.
Ulduz futbolçu özü də buna razılıq verib. “Qoca sinyora” 29 yaşlı oyunçu ilə anlaşmasına baxmayaraq, qərarını mövsümün sonunda verəcək. Morata həmin vaxta qədər rəhbərliyə transfer edilməyə layiq olduğunu sübut etməlidir.
Qeyd edək ki, “Yuventus” Alvaro Moratanı “Atletiko”dan 10 milyon avroya icarəyə götürüb. A seriyası təmsilçisi mövsümün sonunda onu 35 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdir.