“Azərbaycan millisinin çox yaxşı baş məşqçisi var".
"CEMPİON.AZ" xəbər verir ki, bunu Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada qonaq komanda 3:0 hesablı qələbə qazanıb.
Oyunsonrası mətbuat konfransında Santuş bir gün əvvəl Canni de Byazinin "Santuş mənim sayəmdə Portuqaliya millisinə təyin olunub, mənə Porto şərabı hədiyyə etməlidir" fikrinə cavab verib: “Onun yox, federasiyanın sayəsində baş məşqçi olmuşam. Porto şərabı ilə bağlı məlumatım yox idi. Amma buna çalışaram".
- Turində Ronaldo ilə 1:0 hesablı qələbə qazandınızsa, bu gün Ronaldosuz daha asan qalib gəldiniz. Fərq nədə idi?
- Əsas fərq ondan ibarət idi ki, Azərbaycan orada 6-lı müdafiə oyunu göstərdi. Bu gün isə 4-3-3 sistemində oynadılar, bu da bizə geniş imkanlar yaratdı.
BİZİM FUTBOL
Fernando Santuş: "Əsas fərq ondan ibarət idi ki,..."
07.09.2021 23:02
463