cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

"Yuventus" mövsümü zərərlə başa vurub

08.09.2021 10:18 Oxundu 418


İtaliyanın “Yuventus” klubu 2020/21 mövsümünün hesabatını açıqlayıb.

"CEMPİON.AZ" xəbər verir ki, Turin təmsilçisi mövsümü 190,7 milyon avro zərərlə başa vurub.
Bu, 2019/20 mövsümü ilə müqayisədə təxminən iki dəfə çoxdur. “Yuventus” əksər Avropa klubları kimi koronavirus pandemiyasının əziyyətini çəkir. Klubun ziyana düşməsində Çempionlar Liqası ilə erkən vidalaşması da böyük rol oynayıb.
Qeyd edək ki, Turin klubu ümumilikdə ardıcıl 4-cü mövsümü zərərlə yekunlaşdırıb.