cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

"Azarkeşlərimdən üzr istəməyi özümə borclu bilirəm!”

08.09.2021 11:25 Oxundu 479


Millimizin üzvü Təmkin Xəlilzadə DÇ-2022-nin seçmə mərhələsində Bakıda Portuqaliyaya uduzduqları oyundan (0:3) sonra İnstaqramda paylaşım edib.

"CEMPİON.AZ" xəbər verir ki, 28 yaşlı müdafiəçi ağır məğlubiyyətə görə söz tapmadığını bildirib:
“Kəlmələrə sığmayacaq qədər üzgünəm. Hər zaman yanımda olan, dəstək verən azarkeşlərimdən üzr istəməyi özümə borclu bilirəm!”