cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Danimarkalı futbolçu "Milan"da qalır

08.09.2021 12:26 Oxundu 524


Danimarka millisinin kapitanı Simon Kyer “Milan”da qalacaq.

"CEMPİON.AZ" xəbər verir ki, İtaliya klubu müdafiəçi ilə yeni müqavilə imzalayacaq.
Artıq tərəflər arasında danışıqlara start verilib. Danimarkalı karyerasını “rossonyeri”də başa vurmaq istəyir.
Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Milanlılar bu anlaşmanı daha bir il müddətinə uzatmağı planlaşdırır.