cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

12 ildən sonra Futbola qayıdır

08.09.2021 15:46 Oxundu 875


İtaliya "Sampdoriya"sının sabiq kapitanı Françesko Flaki yenidən futbola qayıtmaq istəyir.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə veteran hücumçu BBC-yə açıqlamasında deyib.
2007-ci ildə dopinq-test zamanı qanında kokain aşkarlanan 45 yaşlı keçmiş forvard yenidən futbolda özünü sübut etmək istədiyini bildirib: "Əvvəlcə futbol izləməkdən bezdim, amma sonra yoluma davam etdim. Mən qurban deyiləm, səhv etmişəm və başqalarının da mənim yolu ilə getməsini istəmirəm. Bir məşqçi kimi gördüyüm işlər haqqında çoxlu müsbət rəy alıram ki, bu da valideynlərin fədakarlığımı qiymətləndirdiyini və mənə güvəndiyini sübut edir. Mən 20-30 il əvvəl - 20 yaşında olan adamam. Dəyərlərim var. Səhv edib yıxılmaq olar. Amma ayağa qalxmaq da mümkündür. Həyat sürprizlərlə doludur".Qeyd edək ki, dopinq qalmaqalına görə əvvəlcə 2 illik diskvalifikasiya olunan Flaki 2009 -cu ilin dekabrında yenidən eyni səbəbdən cəzalandırılıb. O, bu dəfə 12 il müddətinə futboldan
kənarlaşdırılıb. Bu dövrdə Flaki qeyri -rəsmi olaraq uşaq və gənclərdən ibarət komandalara rəhbərlik edib.