08.09.2021 16:11
531
Türkiyə Futbol Federasiyası Şenol Günəşi istefaya göndərə bilər.
"CEMPİON.AZ" Türkiyə KİV-nə istinadla xəbər verir ki, baş məşqçinin yaxın günlərdə federasiya prezidenti Nihat Özdemirlə görüşü gözlənilir. Mətbuatda yayılan
məlumata görə iclasdan sonra Şenol Günəş millidən ayrılacaq.
Xatırladaq ki, ötən gün Şenol Günəşin rəhbərliyi altında oynayan Türkiyə yığma komandası Niderland millisinə 1:6 hesabı ilə məğlub olub.