cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Rəhbərlik baş məşqçiyə vaxt verdi

08.09.2021 18:46 Oxundu 473


İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Artetanın taleyinə aydınlıq gəlib.

"CEMPİON.AZ" xəbər verir ki, London təmsilçisinin rəhbərliyi mütəxəssisə vaxt verib.
Onlar Premyer Liqanın ilk üç turundakı məğlubiyyətlərdən narazı qalıblar. Rəhbərlik Artetaya vəziyyəti düzəltmək üçün 3 oyunluq vaxt verib. Sonuncu pillədə qərarlaşan komanda bu müddətdə durumunu yaxşılaşdırmasa Arteta ilə yollar ayrılacaq.
Qeyd edək ki, “Arsenal”ın baş məşqçisi postuna əsas namizəd Antonio Kontedir.