09.09.2021 10:38
424
İngiltərənin “Lester” klubunun futbolçusu Nampali Mendinin “Qalatasaray”a keçidi baş tutmayıb.
"CEMPİON.AZ" xəbər verir ki, İstanbul təmsilçisinin oyunçunu icarəyə götürmək istəyi son anda reallaşmayıb.
29 yaşlı fransalı özünü İstanbula vaxtında çatdıra bilməyib. Transfer pəncərəsinin son saatlarında Türkiyədə olması gözlənilən Mendinin gecikməsi keçidə əngəl olub.
Qeyd edək ki, Medi 2016-cı ilin yayından “Lester”də oynayır. O, cari mövsümün startında meydana çıxmayıb.