cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

"Çirkin ifadələrinə diqqət etməsini istəyirik"

09.09.2021 11:24 Oxundu 807


İspaniya Peşəkar Futbol Liqasının (PFL) prezidenti Xavyer Tebasın açıqlaması Fransada birmənalı qarşılanmayıb.

"CEMPİON.AZ" xəbər verir ki. qurum rəhbərinin PSJ klubu barədə fikirləri Fransa Peşəkar Liqası tərəfindən sərt tənqidlə qarşılanıb.
Fransızlar Tebasa öz çempionatlarının qeydinə qalmağı məsləhət görüb: “Peşəkar Futbol Liqasının prezidentinin bu sözləri həmin qurum rəhbərinə yaraşmır. Buna görə də, Tebasdan çirkin ifadələrinə diqqət etməsini istəyirik. İspaniya klublarının düşdüyü maliyyə problemi PSJ-nin günahı deyil. Tebas da öz çempionatlarını inkişaf etdirmək və düşdükləri böhrandan çıxmaq yolları barədə düşünməlidir”.
Qeyd edək ki, Xavyer Tebas açıqlamasında PSJ-nin Avropa futbolu üçün bir müddət əvvəl klublar tərəfindən yaradılan Superliqa ilə eyni ölçüdə təhlükə mənbəyi olduğunu deyib.