09.09.2021 12:42
508
DÇ-2022-nin seçmə mərhləsinin 6-cı turundan sonra açıqlanan reytinq sıralamasında Emin Mahmudov 15-ci olub.
"CEMPİON.AZ" xəbər verir ki, “Neftçi” nin və Azərbaycan yığma komandasının futbolçusu hər iki səfər matçında – Lüksemburq və İrlandiya ilə oyunlarda baxımlı qollarla yadda qalıb. Belə ki, yarımmüdafiəçi komandamızın 2:0 hesabı ilə geridə olduğu qarşılaşmada uzaq məsafədən təyin edilmiş cərimə zərbəsini dəqiq yerinə yetirərək, komandasının yeganə qolunu vurub 2:1. İrlandiya ilə görüşdə isə Emin uzaq məsafədən fərlənərək millimizə səfərdə bir xal qazandırıb 1:1.
Qeyd edək ki, açıqlanan reytinq cədvəlində bir sıra ulduz futbolçular yer alıb.