Bu mövsüm avrokuboklarda uğursuz çıxış edən “Neftçi” baş məşqçi postunda dəyişiklik edə bilər.
"CEMPİON.AZ" xəbər verir ki, Apasport.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Samir Abasovun postu artıq laxlayıb.
Ölkə çempionluğuna baxmayaraq, nə Çempionlar Liqası, nə Avropa Liqası, nə də Konfrans Liqasının qrupuna düşən “ağ-qaralar”da çalışdırıcı ilə rəhbərlik arasında münasibətlər heç də xoş deyil. Bu isə Abasovun tələb etdiyi transferlərin vaxtında reallaşmamasından qaynaqlanır.
Paytaxt təmsilçisi uğursuz nəticələri Premyer Liqada da davam etdirsə, Samir Abasovla yollar ayrılacaq. Onu əvəz edəcək mütəxəssis də artıq bəllidir. Əgər bu ayrılıq baş versə, “Neftçi” rəhbərliyinin baş məşqçi postuna ilk variantı hazırda əvəzedici komandanı çalışdıran Mahmud Qurbanov olacaq. Qurbanovun azarkeşlər tərəfindən sevilməsi bu qərarda əsas rol oynayır.
Qeyd edək ki, Premyer Liqanın ilk iki turunda 4 xal toplayan “Neftçi” III tur çərçivəsində sentyabrın 12-də “Qarabağ”la qarşılaşacaq.
BİZİM FUTBOL
Samir Abasovu əvəz edə bilər
09.09.2021 13:42
508