09.09.2021 14:24
454
Almaniya millisinin təyyarəsi məcburi eniş edib.
"CEMPİON.AZ" xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsinin İslandiya ilə oyunundan sonra Reykyavikdən Frankfurta qayıdan Bundestim Şotlandiyada enməli olub.
Təyyarə İslandiya paytaxtında havaya qalxarkən heç bir çətinliklə üzləşməyib. Lakin Şotlandiyanın Arbrot şəhərinin üzərində olarkən qəza siqnalı verilib. Bu üzdən təyyarə planlaşdırılmayan şəkildə Edinburqa enib. “7700” siqnalının verilməsi təyyarənin göyərtəsində qəza vəziyyətinin yaranması anlamına gəlir.
Qeyd edək ki, Almaniya millisi səfər matçında 4:0 hesablı səfər qələbəsi qazanıb.