Almaniya millisinin futbolçusu Timo Verner yenidən Bundesliqada çıxış edə bilər.
"CEMPİON.AZ" xəbər verir ki, hücumçu gələn ilin yayında “Çelsi”ni tərk etməyə hazırlaşır.
Buna səbəb forvardın London klubunda oyununun alınmamasıdır. Böyük ümidlərlə transfer olunan Timo klub rəhbərliyini və azarkeşlərini qane edəcək məhsuldarlıq göstərə bilmir.
Timonun xidmətində “Bavariya” maraqlıdır. Robert Levandovskinin komandadan gedəcəyini gözləyən münhenlilər Erlinq Haland və ya Timo Vernerdən birini almağı planlaşdırır. “Real” və digər nəhənglərin də maraq dairəsində olan Halandın “Bavariya”nı seçmək ehtimalı çox aşağıdır. Bu üzdən münhenlilərin məhz Timo ilə anlaşacağı gözlənilir.
Qeyd edək ki, “Bavariya”nın indiki baş məşqçisi Yulian Naqelsman “Leypsiq”də çalışdığı vaxt Verner onun rəhbərliyi altında oynayıb.
DÜNYA FUTBOLU
"Çelsi"dən gedə bilər
09.09.2021 19:44
434