cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Qaret Beyl: "Çox vaxtın qalması çempionatı nüfuzlu edir”

10.09.2021 11:17 Oxundu 438


“Dünya çempionatının dörd ildə bir dəfə keçirilməsi ənənəsini bəyənirəm”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu Uels millisinin futbolçusu Qaret Beyl deyib.
İspaniya “Real”ında çıxış edən futbolçu dünya çempionatlarının 4 deyil, 2 ildə bir dəfə təşkil olunması ideyasına münasibət bildirib: “Belə olması nüfuzludur. Olimpiya Oyunları da belə - 4 ildən bir keçirilir. Çox tez-tez olmayanda nə isə xüsusi bir şey hiss edilir. Mundialın 2 ildən bir keçirilməsini xoşlamıram. Belə olsa tarixin bir hissəsi itiriləcək. Dünya çempionatının 4 ildə bir dəfə keçirilməsi və növbəti yarışa çox vaxtın qalması onu nüfuzlu edir”.
Qeyd edək ki, dünya çempionatları 1930-cu ildən keçirilir. Yarış daim 4 ildən bir təşkil olunub. Yalnız 1942-ci və 1946-cı illərdə II Dünya müharibəsi səbəbindən mundial baş tutmayıb.