10.09.2021 11:37
432
UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək "Legiya" klubu iştirak ərizsəini təqdim edib.
"CEMPİON.AZ" xəbər verir ki, Varşava təmsilçisi qrup oyunları üçün 25 futbolçu sifariş verib. Onların arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.
Oyunçulardan 2-si qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.
Qeyd edək ki, "Legiya" İtaliyanın "Napoli", İngiltərənin "Lester Siti" və Rusiyanın "Spartak" (Moskva) klubları ilə birlikdə C qrupunda mübarizə aparacaq.