cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

“Bavariya” 16 yaşlı futbolçu ilə müqavilə imzaladı

10.09.2021 13:49 Oxundu 432


Almaniyanın “Bavariya” klubu yeni futbolçu transfer edib.

"CEMPİON.AZ" xəbər verir ki, Münhen təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Lovro Zvonareklə müqavilə bağlayıb.
“Slaven”də çıxış edən 16 yaşlı gəncin anlaşması gələn ilin yayında qüvvəyə minəcək. Futbolçu həmin vaxt Bundesliqa klubuna qoşulacaq. Lovro bu müddətdə “Slaven”də forma geyinəcək. 
Qeyd edək ki, Zvonarek cari mövsümdə 5 oyun keçirib.