cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Vircil van Deyk məşqlərə başlayacaq

10.09.2021 14:21 Oxundu 455


“Liverpul”un müdafiəçisi Vircil van Deykin durumuna aydınlıq gəlib.

"CEMPİON.AZ" xəbər verir ki, Niderland millisinin heyətində zədələnən ulduz futbolçu tibbi müayinədən keçib.
Bir ilə yaxın futboldan uzaq düşən mərkəz müdafiəçisinin zədəsinin bu dəfə ciddi olmadığı aşkarlanıb. 30 yaşlı oyunçu hətta bu gün kollektivlə birlikdə məşqdə iştirak edəcək. Van Deykin Premyer Liqanın növbəti turunda meydana çıxmasında heç bir maneə yoxdur.
Qeyd edək ki, “Liverpul” Premyer Liqanın IV turu çərçivəsində sentyabrın 12-də “Lids”lə səfərdə qarşılaşacaq.