cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

"Onlar futbolu öldürməyə cəhd ediblər"

10.09.2021 18:45 Oxundu 444


“Mən onların başqa turnirə getməsinin əleyhinə olmaram. Çox əyləncəlidir ki, bu komandalar həm yeni turnir yaratmaq, həm də cari mövsümdə Çempionlar Liqasında oynamaq istəyir”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.
Sloveniyalı funksioner növbəti dəfə “Barselona”, “Real” və “Yuventus”u tənqid edib. Çeferin Superliqa yaratmaq həvəsində olan klubların rəhbərlərini qınayıb: “Hər üç klubda səriştəsiz rəhbərlik var. Onlar futbolu öldürməyə cəhd ediblər. Peres ağlayır və deyir ki, klub yalnız Superliqa hesabına yaşaya bilər. Sonra isə Killian Mbappe üçün 180 milyon avro verməyə hazır olur”.
Qeyd edək ki, Superliqa 12 klubun razılığı ilə yaradılsa da, fəaliyyəti qısa çəkib.