11.09.2021 11:18
504
"Qəbələ"nin nigeriyalı sabiq futbolçusu Ceyms Adeniyi Azərbaycan Premyer Liqası ilə öz çempionatlarını müqayisə edib.
"CEMPİON.AZ" xəbər verir ki, hazırda İsrailin "Petah Tikva" komandasında oynayan 28 yaşlı hücumçu ölkəsinin mətbuatına müsahibəsində deyib:
"Nigeriyada liqasında çıxış etdikdən sonra Avropa futboluna inteqrasiya baxımından əhəmiyyətli olan Albaniyaya getdim. Oradan artıq "Qəbələ"yə keçdim. Azərbaycanda çempionatın təşkili Nigeriya ilə müqayisədə daha yaxşıdır. Ən əsası sənə heç kim borclu qalmır. Bütün maaşlar ödənilir".
Qeyd edək ki, Ceyms Adeniyi 2018-2021-ci illərdə "Qəbələ"də oynayıb.