11.09.2021 13:17
549
Fransa Liqa1-nin V turunda “Klermon”u qəbul edəcək PSJ oyunun iştirak ərizəsini açıqlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, baş məşqçi Mauritsio Poçettino iki aparıcı futbolçunun xidmətindən yararlanmayacaq.
Bunlar Neymar və Lionel Messidir. DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında son oyunlarını dünən keçirən braziliyalı və argentinalı ulduz futbolçular “Klermon”la matçı buraxacaq. Onlarla yanaşı, Argentina millisinin düşərgəsindən yenicə dönən Leandro Paredes və Anxel Di Mariya kimi oyunçular da “23-lüy”ə salınmayıb.
Qeyd edək ki, bu gün keçiriləcək PSJ – “Klermon” oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Paris təmsilçisi ilk 4 turda 12 xal toplayıb.