11.09.2021 14:49
512
Braziliyalı futbolçu Daniel Alveş ölkəsinin "San-Paulu" komandasından ayrılıb.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçi məvacibi gecikdiyi üçün bu addımı atıb. Klubla yeni müqavilə barəsində
danışıqlardan imtina edən təcrübəli oyunçu özünə yeni komanda axtarmağa başlayıb.
Qeyd edək ki, karyerasına ölkəsinin "Baiya" klubunda başlayan Daniel Alveş dünyanın ən titullu futbolçusudur. O, müxtəlif komandaların heyətində ümumilikdə 46
titul qazanıb. Müdafiəçi İspaniyada "Sevilya", "Barselona", İtaliyada "Yuventus", Fransada isə PSJ komandalarının formasını geyinib.