11.09.2021 15:22
435
Fransa millisinin futbolçusu Pol Poqba gələcək karyerası ilə bağlı qərarını verib.
"CEMPİON.AZ" xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən yarımmüdafiəçi onu heyətində görmək istəyən üç nəhəngdən ikisində oynamaqdan boyun qaçırıb.
Poqba Fransa PSJ-si və İtaliya “Yuventus”una “yox” deyib. Bu üzdən fransalının “Real”a keçəcəyi gözlənilir. Madrid təmsilçisi Polu gələn ilin yayında azad agent kimi heyətinə qata bilər. Tərəflərin artıq yanvarda danışıqlara start verməsi gözlənilir.
Qeyd edək ki, “Mançester Yunayted” də futbolçusu ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır.