cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

Millimizin geriləyəcəyi gözlənilir

11.09.2021 16:48 Oxundu 435


Milli komandaların növbəti FİFA reytinqi sentyabrın 16-da açıqlanacaq.

"CEMPİON.AZ" xəbər verir ki, yığmaların siyahıdakı mövqeləri indidən bəllidir.
Bu, təxmini siyahıya əsasən mümkün olub. DÇ-2022-nin seçmə oyunları və yoxlama görüşləri cədvəldə bir sıra dəyişikliklərlə nəticələnəcək.
Bunlar Azərbaycan millisindən də yan ötməyəcək. Seçmə mərhələdə Lüksemburqa 1:2, Portuqaliyaya 0:3 hesabı ilə uduzan və yalnız İrlandiyadan 1 xal alan (1:1) Canni de Byazinin yetirmələri FİFA reytinqində durumunu pisləşdirəcək.
Bu üç qarşılaşma millinin 8 xal itirməsinə səbəb olub. Nəticədə yığmanın sentyabr reytinqində aktivində 1158 xalı qalacaq.
Komandamız bu nəticə ilə dünyanın 117-ci komandası olacaq. Ötən ay 1166 xalla 112-ci olan de Byazinin yetirmələri 5 pilləlik geriləmə yaşayacaq. Millimizi 5 yığma - Kosovo, Liviya, Malavi, Farer adaları və Mozambik arxada qoyacaq.
Qardaş Türkiyə yığması 2 pillə geriləyəcək. 41-ci olacaq “ay-ulduzlular” 1455 xalla kifayətlənəcək.
Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olacaq. Belçika (1832) və Braziliyanın (1812) mövqeyi dəyişməyəcək. İngiltərə (1755) 3-cü sıranı Fransadan (1754) alacaq.