11.09.2021 18:28
447
Yılmaz Vural Miralem Pyaniçinin icarəyə götürülməsi münasibəti ilə "Beşiktaş" rəhbərliyini təbrik edib.
"CEMPİON.AZ" A Spor-a istinadla xəbər verir ki, təcrübəli futbol mütəxəsisi futbolçunun keçidinin önəmli oldğunu bildirib:
"Beşiktaş" rəhbərliyini təbrik edirəm. Pyaniç kimi bir futbolçunun ödənişsiz almaq önəmli idi. Üstəlik maaşı da çox yüksək deyil. Sanki, Sever Anlaşması kimi təslim alıblar adamı. Halal olsun Ahmet Nur Çebiye".
Qeyd edək ki, "Beşiktaş" Miralem Pyaniçi 1 il müddətinə icarəyə götürüb.