cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Boatenq qardaşından imtina edib

12.09.2021 11:27 Oxundu 426


“Herta”nın hücumçusu Kevin-Prins Boatenq qardaşı Jerom Boatenqin keçmiş sevgilisini döyməsinə münasibət bildirib.

"CEMPİON.AZ" xəbər verir ki, 34 yaşlı forvard “Lion”un müdafiəçisi olan Jeromdan imtina etdiyini açıqlayıb.
O, qadına qarşı şiddətə görə, kiçik qardaşı ilə əlaqələri kəsdiyini söyləyib: “Özümü uzun müddətdir qardaşım Jeromdan uzaq tuturam. Qadına qarşı şiddətə nifrət edirəm. Qardaşımın hərkətlərini yaxşı saymıram və bu səbəbdən bundan sonra onunla heç bir əlaqəm olmayacaq”.
Qeyd edək ki, Jerom Boatenq keçmiş sevgilisi Şerin Senleri döydüyü, bədəninə müxtəlif formalarda xəsarət yetirdiyi və təhqiramiz ifadələr işlətdiyi üçün Münhen məhkəməsi tərəfindən 1,8 milyon avro məbləğində cərimələnib.