12.09.2021 12:14
604
Premyer Liqanın 3-cü turunda Azərbaycan derbisi olacaq.
"CEMPİON.AZ" xəbər verir ki, bu gün 20:30-da son çempion "Neftçi" Bacell Arenada vitse-çempion "Qarabağ"ı qəul edəcək. Matçı Rəşad Əhmədov idarə edəcək. Komandalar indiyə qədər 100 dəfə üz-üzə gəliblər. Bunlardan 18-i ölkə klubokuna, 82-i isə Premyer Liqaya təsadüf edib. "Qarabağ" 33 oyunda qələbəyə sevinib. Derbilərdə ən çox qol vuran futbolçu isə "Qarabağ"ın keçmiş hücumçusu Reynaldo olub. Brazilyalı futbolçu 9 dəfə "Neftçi" qapısına yol tapıb. 2021-ci ilin 19 mayında keçirilən son qarşılaşmada Paytaxt təmsilçi 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Neftçi" ötən mövsüm çempionluq mübarizənidə "Qarabağ"ı qabaqlayaraq kuboku muzeyinə aparıb.