12.09.2021 12:51
449
"Barselona"dan icarə əsasında "Beşiktaş"a keçən Miralem Pyaniç "Yuventus"da komanda yoldaşı olan Kriştiano Ronaldo və Kataloniya klubunda birgə çıxış etdiyi Lionel Messi haqqında danışıb.
"CEMPİON.AZ" xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Tuttosport"a açıqlamasında deyib:
"Onlarla birlikdə oynadığım üçün çox şanslı idim. Bu, kubok qazanmaq kimi bir şeydir. Messi və Ronaldo fərqlidir, amma eyni zamanda oxşardırlar. Məşqlərdə belə yarışmaq və qazanmaq üçün çalışırlar. Ronaldo hər xırda şeyə əhəmiyyət verir. Ancaq Messinin də çox çalışmadığını düşünməyin".
Qeyd edək ki, Pyaniç mövsümün sonunadək "qara qartallar"da oynayacaq.