Polşa mətbuatı yay fasiləsində Ekstraklasaya keçən futbolçuların çıxışını dəyərləndirib.
"CEMPİON.AZ" xəbər verir ki, fərqləndirilən oyunçular arasında bu yay “Qarabağ”dan “Legiya”ya keçən millimizin hücumçusu Mahir Emreli də var.
Mahirlə yanaşı, Vladan Kovaçeviç (“Rakov”), Mixal Pazdan (“Yagelloniya”), Kamil Qrosiçki (“Poqon”), Lukaş Podolski (“Qornik”), Joao Amaral (“Lex”), Damian Kadzior (“Pyast”), Mayk Navroçki (“Legiya”) və Matey Hanuşekin (“Visla”) də Polşa çempionatına rənq qatdığı bildirilib.
Yerli mətbuat bu oyunçulardan bəziləri Polşada çox qalmayacağını yazıb. Xüsusən də, Kovaçeviç və Emrelinin yüksək məbləğdə, daha böyük çempionata keçəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, “Legiya”nın Avropa Liqasının qrupuna düşməsində böyük rol oynayan Mahir Emreli komandada ümumilikdə 13 oyuna 6 qol vurub, 1 məhsuldar ötürmə edib. 24 yaşlı hücumçu “Legiya” ilə 2+1 illik müqavilə bağlayıb.
BİZİM FUTBOL
Mahir Emreli daha güclü çempionatda oynaya bilər
13.09.2021 11:23
458