cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Müdafiəçi yerkökü yeyərkən çənəsi sınıb

13.09.2021 12:22 Oxundu 457


Niderlandın “Herenven” klubunun futbolçusu Rami Kaibin başına kuryoz hadisə gəlib.

"CEMPİON.AZ" xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb.
Məlumatı klub da təsdiqləyib. Bildirilib ki, Kaib bir müddət əvvəl çənəsindən zədə alsa da, oynamağa davam edib. Yediyi yerkökü də bərk olduğundan, oyunçunun zədəli çənəsi qırılıb. Bu səbəbdən 24 yaşlı sol cinah oyunçusu bir müddət komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Rami Kaib bu mövsüm ölkə çempionatında 2 matçda iştirak edib.