cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

"Qarabağ" - "Bazel" matçını belçikalılar idarə edəcəklər

14.09.2021 13:43 Oxundu 473


Konfrans Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Bazel” oyununun hakimləri müəyyənləşib.

"CEMPİON.AZ" xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmanı Belçikadan olan hakimlər briqadasına həvalə edib.
Matçın ədalət təmsilçisi Erik Lambrexts olacaq. Ona Rien Vanizere və Co de Veyrdt kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını Vim Smet icra edəcək. Referilərin işinə hakim inspektor Con Uord (İrlandiya) qiymət verəcək. UEFA nümayəndəsi vəzifəsini isə belaruslu Sergey İlyiç yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Bazel” görüşü 20:45-də başlayacaq.