cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

“Qarabağ”la gücümüz daha yaxındır”

14.09.2021 14:17 Oxundu 479


"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Omoniya"nın baş məşqçisi Henninq Berq Ağdam təmsilçisi barədə fikirlərini bölüşüb. 

"CEMPİON.AZ" xəbər verir ki, norveçli mütəxəssis qrupu dəyərləndirərkən deyib: 
“İnkişafımız üçün yaxşı qrupa düşmüşük. Əlimizdən gələni edəcəyik. "Bazel” bu yaxınlarda Çempionlar Liqası və Avropa Liqasında oynadı, çox yaxşı komandadır. “Qarabağ” Avropa Liqasında müntəzəm çıxış edib, son vaxtlar Kipr komandaları ilə qarşılaşmaları olub. “Qarabağ”ı daha yaxşı tanıyırıq. “Kayrat” barədə isə çox məlumatımız yoxdur. Yaxşı komandadır ki, Qazaxıstan çempionu olub. Dünyanın hər yerindən oyunçular alırlar. Rəqiblər reytinqdə bizdən üstündürlər, ancaq onlarla rəqabət aparmaq mümkündür. Qrupda məğlub edəcəyimizə inanmadığımız komanda yoxdur. Ümumilikdə “Bazel” yüksək səviyyədədir. “Qarabağ”la da gücümüz daha yaxındır”.
Qeyd edək ki, "Qarabağ"la "Omoniya" arasında ilk oyun sentyabrın 30-u Kiprdə olacaq.