14.09.2021 17:23
435
İtaliyanın “Verona” klubunun yeni baş məşqçisi müəyyənləşib.
"CEMPİON.AZ" xəbər verir ki, A seriyası təmsilçisini İqor Tudor çalışdıracaq.
O, istefaya göndərilən Eusebio di Françeskonu əvəzləyəcək. “Yuventus”da Andrea Pirlonun köməkçisi olmuş Tudor artıq Turin təmsilçisi ilə müqaviləyə xitam verib.
Qeyd edək ki, “Verona” A seriyasının ilk üç turundakı məğlubiyyətdən sonra baş məşqçi ilə vidalaşıb.